Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
- 06 sentyabr, 2025
- 22:42

Fövqəladə Hallar Nazirliyinin "112" (FHN) qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli xəsarətlər alaraq "VAZ-2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qazaxda avtomobillər toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaylı kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər;- 1992-ci il təvəllüdlü Niyaz Bayramov, 1989-cu il təvəllüdlü Sadıq Sadıqov və daha bir nəfər (kimliyi dəqiqləşdirilir-red) müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.