Mark Rütte: Türkiyə NATO üçün strateji əhəmiyyət daşıyır

Region
  • 06 iyul, 2026
  • 18:50
Mark Rütte: Türkiyə NATO üçün strateji əhəmiyyət daşıyır

Türkiyənin NATO daxilindəki hərbi mövqeyi və son 5-10 il ərzində müdafiə sənayesində əldə etdiyi sürətli inkişaf diqqətəlayiqdir.

"Report"un Türkiyə bürosunun məlumatına görə bunu NATO-nun Baş katibi Mark Rütte Ankarada Türkiyənin Prezident Adminstrasiyasında keçirilən mətbuat konftansında bildirib.

Onun sözlərinə görə, Türkiyə NATO üçün strateji əhəmiyyət daşıyır:

"Türkiyənin NATO-dakı yeri və üzərinə götürdüyü rol olduqca vacibdir. Bundan əlavə, NATO Zirvəsinə Ankaranın ev sahibliyi etməsi də son dərəcə mühüm əhəmiyyət kəsb edir".