Roberto Martines: İspaniya ilə matç əlavə vaxta getməli idi

Futbol
  • 07 iyul, 2026
  • 01:51
Roberto Martines: İspaniya ilə matç əlavə vaxta getməli idi

Portuqaliya - İspaniya matçı əlavə vaxta kimi getməli idi.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu portuqaliyalıların baş məşqçisi Roberto Martines İspaniyaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlubiyyətin üzücü olduğunu söyləyib:

"Portuqaliya xalqı komandası və futbolçuları ilə fəxr edə bilər. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Oyun ərzində vurduğumuz bir zərbə dirəkdən qayıtdı. Düşünürəm ki, matç əlavə vaxta getməli idi. Müdafiədə yaxşı oynadıq. Qarşılaşdığımız rəqib dünya çempionatının əsas favoritlərindən biri idi. Ola bilsin ki, bir az bəxtimiz gətirmədi.. Bu gün şans bizim tərəfdə deyildi, amma meydanda tamamilə bərabər səviyyəli iki komandanın mübarizəsi getdi".

Qeyd edək ki, İspaniya Portuqaliya seçməsinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.