Tramp Si Cinpinlə görüşünün sülhün təmin olunmasına kömək edəcəyi bəyan edib

Digər ölkələr
  • 02 noyabr, 2025
  • 01:41
Tramp Si Cinpinlə görüşünün sülhün təmin olunmasına kömək edəcəyi bəyan edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin sədri Si Cinpinlə görüşü uğurlu olub və iki ölkə arasında daimi sülhün bərqərar olmasına töhfə verə bilər.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social"da müvafiq məqalə dərc edib.

"Bu görüş davamlı sülhə və uğura gətirib çıxaracaq", - Tramp yazıb.

O, əlavə edib ki, məsləhətləşmələr "Yeddilik" və ya "İyirmilik" qrupuna bənzər "İki" qrupunun görüşü hesab oluna bilər. Ağ Evin rəhbəri danışıqların hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Qeyd edək ki, liderlə arasında görüş oktyabrın 30-da Pusan şəhərində baş tutub və bir saat 40 dəqiqə davam edib. Danışıqların əvvəlində Si Cinpin ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Çin lideri bildirib ki, iki tərəf əsas ticarət və iqtisadi məsələlər üzrə əsas konsensusa nail olub.

Son xəbərlər

Bütün Xəbər Lenti