İrpenin meri: Azərbaycanın şəhərdə mülki infrastrukturun bərpasında iştirakı davam edəcək
- 29 oktyabr, 2025
- 14:50
Azərbaycan Ukraynanın İrpen şəhərində humanitar missiya, müharibədə dağılmış mülki infrastrukturun bərpası işlərini davam etdirəcək.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Azərbaycandan səfərdən qayıdan İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva Azərbaycan diasporunun nümayəndələri ilə görüşündə deyib.
O, Ukrayna Birləşmiş Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev və konqres üzvləri ilə görüşündə bildirib ki, səfəri məhsuldar keçib.
R.Tağıyev konqres və millətlər Assambleyası tərəfindən Ukraynanın digər bölgələrində olduğu kimi, İrpendə də humanitar yardımları davam etdirəcəklərini bildirib.
Görüşdə İrpenin digər şəhərlərlə qardaşlaşması ilə bağlı ictimai dəstək ifadə olunub.
Qeyd edək ki, İrpen Azərbaycanın Laçın şəhəri ilə 2024-cü ildə qardaşlaşıb.