İranda Sepah qərargahına hücum olub, ölənlər və yaralananlar var

Region
  • 07 oktyabr, 2025
  • 12:11
İranda Sepah qərargahına hücum olub, ölənlər və yaralananlar var

İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.

"Report" "donya-e-eqtesad"ə istinadən xəbər verir ki, bu barədə Sepahın əyalətdəki "Beyt əl-Məqdis" korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

"Kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb", - İdarənin yaydığı başsağlığında vurğulanıb.

Yerli mütəxəssislərin bildirdiyinə əsasən, PKK terror qruplaşmasının İraqda məskunlaşan "PJAK", "Komilə", "Kürdüstan Demokrat Partiyası" silahlılarının İranın İraqla sərhəd bölgələrində hərbçilərə, sərhədçilərə, polis əməkdaşlarına belə hücumları tez-tez olur.

Son xəbərlər

Bütün Xəbər Lenti