Tramp: Miley hakimiyyətdən getsə, Argentinaya maliyyə yardımını dayandıracağıq

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 01:07
Tramp: Miley hakimiyyətdən getsə, Argentinaya maliyyə yardımını dayandıracağıq

Amerika Birləşmiş Ştatları (ABŞ) hazırkı prezident Xavyer Miley hakimiyyətdən gedəcəyi halda, Argentinaya vəd edilmiş maliyyə yardımını göstərməyəcək.

"Report"un məlumatına görə, bu barədə Ağ Evdə Miley ilə görüş zamanı ABŞ lideri Donald Tramp bəyan edib.

"Mən Mileyin kimə qarşı namizəd olduğunu bilirəm. Bu şəxs son dərəcə solçu baxışlara malikdir və Argentinanın bu problemlərlə üzləşməsinə səbəb olan fəlsəfəyə sadiqdir. Belə olarsa, biz Argentinaya qarşı səxavətli davranmazdıq. Əgər o (Miley – red.) uduzarsa, biz Argentinaya səxavətli olmayacağıq", – deyə ABŞ lideri bildirib.

"Bizim razılığımız müəyyən dərəcədə seçkilərdə kimin qalib gələcəyindən asılıdır", – deyə Tramp ABŞ-nin Argentinaya maliyyə dəstəyi ilə bağlı fikrini ifadə edib. O həmçinin bildirib ki, ABŞ tərəfi Mileyin islahatlar aparmasını gözləyir.

Qeyd edək ki, Argentinada prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Mileyin həmin seçkilərdəki rəqibi hələ müəyyən olunmayıb. Həmçinin 26 oktyabrda Argentinada parlament seçkiləri baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti