Hakan Fidan: Türkiyəsiz Avropa İttifaqı natamam qalır
- 05 noyabr, 2025
- 18:30
Türkiyəsiz Avropa İttifaqı (Aİ) natamam qalır.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyanın paytaxtı Helsinkidə həmkarı Elina Valtonen ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Regional sahiblənmənin ən yaxşı nümunələrindən biri olan Avropa İttifaqının Türkiyəsiz - xüsusilə yeni konyunkturda - natamam olacağını, Türkiyənin də Aİ-siz bölgədə həqiqətən natamam bir ayağının olacağını düşünürük", - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın xalqdan dəstək aldığı hər seçkidən sonra xarici siyasətlə bağlı mühüm açıqlamalar verir, yol göstərir:
"2023-cü il mayında Prezident seçkisindən sonra da Prezidentimiz Türkiyənin Avropa İttifaqı yolunda və strateji səfərinin dəyişmədiyini, bu nöqtədə üzvlük hədəfinin tam olduğu barədə bir iradə sərgiləmişdi".