Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Komanda
  • 05 noyabr, 2025
  • 19:21
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin 2026-cı ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

"Report" xəbər verir ki, ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Milli ilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, qitə birinciliyi Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveçin (Göteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqustda Milli Gimnastika Arenasında baş tutacaq.

AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 avqust

19:00. Azərbaycan – Portuqaliya

22 avqust

15:30. Belçika – İspaniya

18:30. Rumıniya – Niderland

23 avqust

15:30. Portuqaliya – Belçika

18:30. İspaniya – Azərbaycan

24 avqust

15:30. Niderland – Portuqaliya

18:30. Azərbaycan – Rumıniya

25 avqust

15:30. Rumıniya – Belçika

18:30. Niderland – İspaniya

26 avqust

15:30. İspaniya – Portuqaliya

18:30. Belçika – Azərbaycan

27 avqust

15:30. Niderland – Belçika

18:30. Portuqaliya – Rumıniya

28 avqust

15:30. İspaniya – Rumıniya

18:30. Azərbaycan – Niderland

Son xəbərlər

Bütün Xəbər Lenti