Gürcüstanın yeni hökumətinin əvvəlki tərkibdə olacağı gözlənilir
Region
- 15 dekabr, 2020
- 10:48

“Gürcüstan hökuməti eyni tərkibdə qalacaq və əsaslı dəyişikliklər olmayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, vakant olan ədliyyə naziri vəzifəsinə kimin təyin olunması ilə bağlı müzakirələr hələ aparılmayıb.
İ.Kobaxidze qeyd edib ki, yaxın günlərdə baş nazir postuna namizəd Giorgi Qaxariya ilə görüş keçiriləcək və hökumətin formalaşdırılması məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, Gürcüstanın keçmiş ədliyyə naziri Tea Tsulukiani deputat seçilib. Bu gün hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisində parlament çoxluğunun iclası keçirilib. Toplantıda hökumətin tərkibi və cari siyasi proseslərin müzakirəsi aparılıb.
Son xəbərlər
03:42
"Könüllülər Koalisiyası" Londonda 12 maddəlik planı müzakirə etməyi planlaşdırır
Digər ölkələr03:20
KİV: Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər
İKT02:54
İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb
Region02:18
ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb
Digər ölkələr02:13
Foto
Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib
Digər ölkələr01:45
Tramp iki gün ərzində Putinlə görüşlə bağlı qərar verəcəyini bildirib
Digər ölkələr01:18
AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil
Digər ölkələr00:54
Çempionlar Liqası: "Barselona" və PSJ qələbə qazanıb, "Qarabağ"ın rəqibi isə uduzub
Futbol00:15