KİV: Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər
- 22 oktyabr, 2025
- 03:20

"Airbus", "Thales" və "Leonardo" tezliklə İlon Maskın "SpaceX" ilə daha effektiv rəqabət aparmaq üçün kosmik bölmələrinin birləşməsini elan edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 21-də İtaliyanın müdafiə şirkəti "Leonardo"nun direktorlar şurasının sonuncu üç üzvü konsorsiumun gələcək strukturunu təsdiqləyib. Odur ki, yekun texniki təfərrüatlar hələ də yekunlaşdırılmalıdır, baxmayaraq ki, elan çox tezliklə verilə bilər.
Qəzetin məlumatına görə, "Boeing" yeni müəssisədə 35%, digər iki iştirakçı isə 32,5% paya malik olacaq. Yeni şirkətlər qrupu 25,000 işçisi və təxminən 6,5 milyard avro gəliri olan Avropa üzrə 30 müəssisəni idarə edəcək.
Məqalədə qeyd edilib ki, birləşmənin əsas məqsədi peyk bazarındakı dəyişikliklərə daha yaxşı reaksiya verəcək və Maskın "SpaceX" tərəfindən hazırlanmış "Starlink" qlobal peyk rabitə sistemi layihəsi ilə rəqabət aparacaq daha səmərəli şirkət yaratmaqdır. "Starlink" sistemi çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik peykləri aşağı Yer orbitinə yerləşdirməklə bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.