AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil

Digər ölkələr
  • 22 oktyabr, 2025
  • 01:18
AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil

Avropa Komissiyası Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil.

"Report"un xəbərinə görə, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Avropa Parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən gün Avropa İttifaqı Şurası 2028-ci ildən etibarən quruma üzv olan ölkələrə özündə Rusiya qazının alınmasına tam qadağa qoyulmasını ehtiva edən "RePowerEU" planı ilə bağlı mövqeyini təsdiqləyib:

"Bu qərar o demək deyil ki, Aİ ölkələri Rusiya qazının üçüncü ölkələrə, məsələn, Serbiyaya tranzitini dayandırmalı olacaqlar".

Kos, Aİ-nin Serbiyanın Avropa enerji bazarına maksimum inteqrasiyasını dəstəklədiyini əlavə edərək, ölkəni Avropadan qaz idxal etməklə tədarükünü diversifikasiyasına çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti