Gürcüstanda daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb
Region
- 03 avqust, 2020
- 08:48

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası majoritar deputatlığa namizədlərinin siyahısını açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Marneuli-Qardabani dairəsi üzrə namizəd kimi partiyanın Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev təqdim olunub.
Partiya bu gündən seçki kampaniyasına start verdiyini də elan edib.
Qeyd edək ki, qonşu ölkədə parlamentə seçkilər oktyabrın 31-nə təyin olunub. Seçicilər 30 deputatı majoritar, 120-ni isə proporsional sistem üzrə seçəcəklər.
İndiyədək Marneuli-Qardabani dairəsi üzrə yalnız hakim Gürcü Arzusu Partiyası majoritar namizədini təqdim edib. Partiyadan bu dairədə Marneulinin hazırkı meri Zaur Darğallı deputat mandatı uğrunda mübarizə aparacaq.
Son xəbərlər
02:18
ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb
Digər ölkələr02:13
Foto
Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib
Digər ölkələr01:45
Tramp iki gün ərzində Putinlə görüşlə bağlı qərar verəcəyini bildirib
Digər ölkələr01:18
AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil
Digər ölkələr00:54
Çempionlar Liqası: "Barselona" və PSJ qələbə qazanıb, "Qarabağ"ın rəqibi isə uduzub
Futbol00:15
KİV: Rubio bu həftəsonu İsrailə səfər etməyi planlaşdırır
Digər ölkələr00:07
Erlinq Holann Çempionlar Liqasında vurduğu qolla Ronaldunun rekorduna şərik olub
Futbol00:00
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
Daxili siyasət23:48