KİV: Rütte Trampın Putinlə görüşdən imtina etməsi fonunda Vaşinqtona gedir

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 23:48
KİV: Rütte Trampın Putinlə görüşdən imtina etməsi fonunda Vaşinqtona gedir

NATO-nun Baş katibi Mark Rütte bu gün elan olunmamış səfərlə Vaşinqtona gedəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters"in jurnalisti Qrem Slatteri yüksək rütbəli amerikalı məmura istinadən sosial şəbəkədə məlumat yayıb.

"Tramp cümə axşamı Ağ Evdə NATO-nun baş katibi ilə görüşəcək", - paylaşımda bildirilib.

Müxbirin fikrincə, onun gəlişi Avropanın ABŞ Prezidenti Donald Trampın son diplomatik manevrinə tez cavab vermək istəyi ilə bağlıdır. Qərb mətbuatının yazdığına görə, söhbət onun Rusiya lideri Vladimir Putinlə Budapeştdə görüşməkdən imtina etməsindən gedir.

Bundan əvvəl NBC telekanalının jurnalisti Qarrett Haake Ağ Evdəki mənbəyə istinadən məlumat vermişdi ki, Putin və Tramp arasında görüşə hazırlıq Moskvanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəti mövqeyi və güzəştə getmək istəməməsi səbəbindən dayandırılıb.

Öz növbəsində, "Reuters" diplomatik mənbələrə istinadən yazıb ki, Ukraynada dərhal atəşkəs ideyasına qarşı çıxan Moskvanın mövqeyi Rusiya və ABŞ prezidentlərinin Macarıstandakı görüşünü təhlükə altında qoyub.

Ağ Evin sözçüsü Kerolayn Levitt daha sonra jurnalistlərə bildirib ki, Tramp yaxın gələcəkdə Putinlə görüşməyi planlaşdırmır.

Oktyabrın 21-də Ukrayna Prezidenti Voldimir Zelenski və Avropa liderləri Trampın hərbi əməliyyatların dərhal dayandırılması təklifini dəstəkləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti