Ermənistanda icma rəhbərinin qətlində təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb

Region
  • 01 dekabr, 2025
  • 16:57
Ermənistanda icma rəhbərinin qətlində təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb

Ermənistanda məhkəmə Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində təqsirləndirilən Gevork Arutyunyanın həbsinin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i İstintaq Komitəsinə istinadən məlumat yayıb.

"Həbs qətimkan tədbiri daha iki ay uzadılıb", - İstintaq Komitəsindən bildirilib.

Məhkəmə daha əvvəl işdəki ikinci şübhəli şəxs - Narek Oqanyanın da həbs müddətini uzadıb.

Xatırladaq ki, V.Qriqoryan və onun yaxın dostu, cinayət axtarış əməkdaşı Karen Abramyan sentyabrın 23-də gecə Parakar icmasının tərkibinə daxil olan Merdzavan kəndində güllələnib.

Son xəbərlər

Bütün Xəbər Lenti