Ermənistanda hakim fraksiyanın üzvü deputatlıqdan istefa verib
Region
- 25 iyun, 2021
- 12:24

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan deputatı Lusine Yeqanyan istefa verib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.
Onun barəsində parlamentin saytında məlumat yoxdur. Yeqanyanın deputat səlahiyyətlərindən imtina etməsinin səbəbi hələ ki, məlum deyil.
“Parlamentin reqlamenti”nə əsasən, deputat ərizəni yazandan bir həftə ərzində onu geri götürmürsə, onda ali qanunverici orqanın sədri onun səlahiyyətlərinin başa çatması haqqında uyğun açıqlama ilə çıxış edir.
Qeyd edək ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçirilib.
Son xəbərlər
22:12
Sabah İmişlidə 800-ə yaxın abonentin qazı kəsiləcək
Energetika22:10
"Qarabağ"ın rəqibi müdafiəçisini qeydiyyatdan keçirə bilməyib
Futbol22:06
Qərbi Azərbaycan Xronikası: İrəvanın türk siması necə dəyişdirildi?
Daxili siyasət21:46
Azərbaycanın U-19 millisinin baş məşqçisi: "Uşaqlar yaxşı xarakter göstərdilər"
Fərdi21:39
Uitkoff "İstəklilər Koalisiyası"nın toplantısından əvvəl Fransaya gedib
Digər ölkələr21:16
HƏMAS İsrailin əməliyyatları genişləndirməsinə girovların həyatını təhdid etməklə cavab verib
Digər ölkələr21:16
Azərbaycan cüdoçularının Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
Fərdi20:55
Tramp ABŞ-nin Polşadakı hərbi mövcudluğunu artırmağa hazır olduğunu bildirib
Digər ölkələr20:55