Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək

Region
  • 30 oktyabr, 2025
  • 11:38
Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək

Ermənistan və Almaniyanın Müdafiə nazirlikləri arasında 2026-cı il üçün əməkdaşlıq proqramı razılaşdırılıb.

Bu barədə "Report" Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan və Almaniya Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi polkovnik Kristian Şmittin həmsədrliyi ilə İrəvanda müdafiə sahəsində ikigünlük məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlığın nəticələri müzakirə edilib, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri və hər iki ölkənin müdafiə qurumlarında cari islahatlar barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, NATO və Aİ çərçivəsində çoxtərəfli formatlarda əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.

Məsləhətləşmələrin sonunda müdafiə sahəsində bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti