Ermənistan hökuməti hərbi xidmət müddətinin azaldılması ilə bağlı qanun layihəsini nəzərdən keçirəcək

Region
  • 29 oktyabr, 2025
  • 19:47
Ermənistan hökuməti hərbi xidmət müddətinin azaldılması ilə bağlı qanun layihəsini nəzərdən keçirəcək

Məcburi hərbi xidmət müddətinin altı ay azaldılması ilə bağlı qanun layihəsi Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, qanun layihəsində sıravi əsgərlər üçün 24 aylıq məcburi hərbi xidmətin 2025-ci ilin qış çağırışından başlayaraq altı ay azaldılması və məcburi xidmət müddətinin 18 ay müəyyən edilməsi təklif olunur.

Qeyd olunur ki, qanun layihəsinin qəbul edilməsi 2027-ci ilin ikinci yarısından başlayaraq məcburi hərbi xidmətin təşkili xərclərini azaldacaq, çünki 2025-ci ilin qış çağırışının bir hissəsi olaraq 2026-cı ilin yanvar ayında başlayan 18 aylıq xidmət müddəti 2027-ci ilin iyul ayında başa çatır.

Son xəbərlər

Bütün Xəbər Lenti