Ermənistan gələn il müdafiə xərclərini 16 %-dək azaldacaq
Region
- 25 sentyabr, 2025
- 14:28
2026-cı ildə Ermənistanın müdafiə xərcləri təqribən 16 % azaldılaraq 560 milyard dram (təxminən 1,46 milyard ABŞ dolları) təşkil edəcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, ölkə hökuməti bu gün 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.
"2026-cı ildə Ermənistanın müdafiəsinin təmin edilməsinə, döyüş hazırlığının saxlanmasına, dövlət sərhədlərinin xarici düşmənlərdən qorunmasının təmin edilməsinə yönəldilən xərclər 560 milyard 98 milyon dram təşkil edəcək", - dövlət büdcəsi layihəsində qeyd olunub.
2025-ci ildə Ermənistan hərbi xərclərini 20 % artıraraq 664 milyard drama (1,73 milyard ABŞ dolları) çatdırıb.
Son xəbərlər
09:41
"SİMA Token"in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb
İKT09:40
ABŞ Sülh İnstitutuna Trampın adı verilib
Digər ölkələr09:36
Ağsuda avtomobil aşıb, ölən var
Hadisə09:34
Azərbaycan nefti bahalaşıb
Energetika09:27
Neymar uzun müddətdən sonra het-trik edib
Futbol09:18
Azərbaycan Basketbol Liqasında bu gün daha 2 qarşılaşma baş tutacaq
Komanda09:14
Bakı metrosu noyabrda 20 milyondan çox sərnişin daşıyıb
İnfrastruktur09:10
Foto
Ceyhun Bayramov və Hakan Fidan regional təşəbbüslərin reallaşma perspektivlərini nəzərdən keçiriblər - YENİLƏNİB
Xarici siyasət09:08