BMTM sədri: Azərbaycan Cənubi Qafqazda sülh prosesinə töhfə verir

Region
  • 29 sentyabr, 2025
  • 09:29
BMTM sədri: Azərbaycan Cənubi Qafqazda sülh prosesinə töhfə verir
Fərid Şəfiyev

Azərbaycan Cənubi Qafqazda sülh prosesinə töhfə verməkdədir.

"Report" xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışı zamanı deyib.

O, sülh sazişi layihəsi istiqamətindəki inkişaf prosesindən danışıb, Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2026 və ya 2027-ci ildə imzalana biləcəyinə inamını ifadə edib.

Sədr Zəngəzur dəhlizinin açılmasının həm region, həm də Ermənistan üçün faydalı layihə olacağına diqqət çəkib.

"Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi çərçivəsində müəyyən razılaşmalar əldə olunub. Bu, regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması Türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanların yaranmasına şərait yaradır. Bu istiqamətdə Türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyimizin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək. Bütün bunlar isə regiondakı gücümüzü artıracaq və dünya siyasətində mövqeyimizi daha da möhkəmləndirəcək", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti