Bəqai: İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək niyyətində deyil

Region
  • 06 oktyabr, 2025
  • 14:40
Bəqai: İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək niyyətində deyil

İran nüvə proqramı ilə bağlı danışıqları hələ bərpa etməyi planlaşdırmır.

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Diplomatın sözlərinə görə, "Avropa üçlüyü" - Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında ABŞ-nin maraqlarını təşviq etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planının mübahisələrin həlli mexanizmindən sui-istifadə edib.

O, həmçinin qeyd edib ki, bu üç dövlətin son aylarda nümayiş etdirdiyi yanaşma "məsuliyyətsiz və dağıdıcı" olub.

XİN nümayəndəsinin sözlərinə görə, Tehran tərəfdaşların "məntiqsiz şərtlərinə" baxmayaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) dialoqa hazır olduğunu nümayiş etdirib və yeni əməkdaşlıq mexanizminin yaradılması barədə qarşılıqlı anlaşmaya nail olub.

"Yeni əməkdaşlıq mexanizminin formalaşdırılması ilə bağlı əldə edilən qarşılıqlı anlaşma əvvəlcə agentliyi qane etsə də, sonradan onlar bunu rədd ediblər. Sonradan başqa məsələlər qaldırılıb", - diplomat qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti