Çin Yaponiyaya xəbərdarlıq edib

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 05:37
Çin Yaponiyaya xəbərdarlıq edib

Yaponiya Silahlı Qüvvələri vaxtaşırı Çinin təhlükəsizliyinə təhdid yaradan tədbirlər görür.

"Report"un məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə vurğulanıb ki, Tokio Pekinə qarşı məsuliyyətsiz ittihamlar irəli sürərək faktları təhrif etməyə çalışır.

Xüsusilə qeyd edilib ki, tez-tez kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi əməliyyatlar apardığı ərazilərə yaxınlaşan Yaponiya qırıcılarının müdaxiləsi dəniz və hava təhlükəsizliyinə ən böyük təhlükə yaradır.

"Yaponiya, beynəlxalq ictimaiyyəti çaşdıran və gərginliyi artıran, yapon qırıcılarının iştirakı ilə baş vermiş son radar hadisəsinə görə məsuliyyəti qəsdən Pekinin üzərinə atır. Bütün bunlar gizli niyyətlərdən qaynaqlanır. Çin öz kəskin etirazını bildirir. Biz Yaponiyadan planlaşdırılmış təlimlərə mane olan təhlükəli hərəkətləri dərhal dayandırmağı və yalan təbliğat və siyasi manipulyasiyadan əl çəkməyi tələb edirik", - bəyanatda deyilir.

Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, Pekin Tokionun bu məsələ ilə bağlı etirazlarını qəbul etmir və Yaponiya tərəfinə əks arqumentlər göndərib.

Son xəbərlər

Bütün Xəbər Lenti