Luvrda subasma nəticəsində yüzlərə tarixi kitab zədələnib

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 02:16
Luvrda subasma nəticəsində yüzlərə tarixi kitab zədələnib

Luvr muzeyinin qədim Misirə aid əsərlərin olduğu kitabxananın salonlarının birində subasma nəticəsində 300-400-ə yaxın kitab zədələnib.

"Report"un xəbərinə görə, bu barədə "BFMTV" telekanalı muzeyin baş administratorunun müavini Frensis Steynboka istinadən məlumat yayıb.

Hadisə noyabrın 26-da baş verib və su altında qalan kitabların ən qədimi XIX əsrə aiddir. Hadisəyə səbəb isə hidravlik istilik sistemində klapanın təsadüfən açılması nəticəsində yaranan su sızması olub.

"Bunlar mühüm əsərlər, dövri nəşrlər, arayış kitabları və arxeoloji jurnallardır, lakin biz itirilə biləcək qiymətli kitablardan danışmırıq", - deyə Frensis bildirib. O, qeyd edib ki, kitablar açılıb və hər vərəqin təmizlənməsi üçün diqqətli iş aparılır.

O, bildirib ki, 2026-cı ilin sentyabrında havalandırma və istilik sistemlərinin təmirinə başlanacaq otaqlar arasında su basmış zal da var.

Son xəbərlər

Bütün Xəbər Lenti