“ASELSAN” dünya müdafiə sənayesi şirkətləri arasında 48-ci yerə yüksəlib
Region
- 11 avqust, 2021
- 08:38
Türkiyənin hərbi sənaye şirkəti olan “ASELSAN” son 13 ildə müdafiə sənayesi nəhəngləri arasında 49 pillə irəliləyib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru və idarə heyətinin sədri Haluk Görgün bildirib. O bildirib ki, 2008-ci ildə reytinq cədvəlində 97-ci pillədə qərarlaşan şirkət davamlı inkişaf tempini qoruyub və hazırda 48-ci pillədə yer alıb.
Qeyd edilib ki, “ASELSAN” 50-liyə daxil olan ilk Türkiyə şirkətidir. H.Görgünün sözlərinə görə, şirkət bu ilin birinci yarısında yerli və xarici müştərilərdən 711 milyon ABŞ dolları dəyərində sifariş alıb.
Coşqun Əliyev
Son xəbərlər
09:55
ING AMB-nin uçot dərəcəsini bu ilin sonuna qədər 7,25 %-ə qədər artıracağını gözləyir
Maliyyə09:51
BDYPİ: Bayram günlərində səfərə çıxan sürücülər hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar
Daxili siyasət09:51
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Biznes09:49
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
Region09:47
"Kopernik": Cari ilin oktyabr ayı dünyada müşahidə tarixinin ən isti üçüncü ayı olub
Ekologiya09:46
ING: 2025-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,1 % artacaq
Maliyyə09:41
ABŞ aeroportlarında 700 reys ləğv edilib
Digər ölkələr09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Daxili siyasət09:35