ING: 2025-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,1 % artacaq

Maliyyə
  • 07 noyabr, 2025
  • 09:46
ING: 2025-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,1 % artacaq

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 % və 2027-ci ildə 2 % artacağını proqnozlaşdırır.

Bu barədə "Report" ING-yə istinadən xəbər verir.

Əvvəlki proqnozlarla müqayisədə cari il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,1 faiz bəndi artırılıb, 2026-2027-ci illər üçün isə dəyişməz qalıb.

Beləliklə, ING 2025-2027-ci illərdə ölkənin ÜDM-nin orta illik artımını 2,1 % səviyyəsində proqnozlaşdırır.

Bankın qiymətləndirmələrinə görə, 2025-ci ilin IV rübü üçün iqtisadi artım proqnozu 2,5 %, 2026-cı ilin I rübü - 4 %, II rüb – 2,5 %, III rüb - 3,5 %, IV rüb – 1 % təşkil edir.

Bundan əlavə, 2027-ci ilin I rübündə iqtisadiyyatın 0,5 %, II rübdə 1,5 %, III rübdə 2,5 % və IV rübdə 3,5 % artacağı proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ÜDM artımı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,9 % və 2027-ci ildə 3,3 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları fərqlənir. "S&P Global" - hər il üçün 2 %, "Fitch Ratings" - 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, "Moody's" - hər il 2,5 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3 % və 2,5 % artım proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 %,

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,4 %, 2026-cı ildə 2 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 1,3 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti