Azərbaycan çempionatına hazırlıq məqsədilə cüdo hakimləri üçün seminar keçirilib

Fərdi
  • 03 dekabr, 2025
  • 19:07
Azərbaycan çempionatına hazırlıq məqsədilə cüdo hakimləri üçün seminar keçirilib

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində Azərbaycan çempionatına hazırlıq məqsədilə hakimlər üçün seminar keçirilib.

"Report" xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə baş tutub.

ACF prezidentinin müşaviri Natiq Bağırov və hakimlər üzrə menecer, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Seminarda əvvəlcə hakimlərin davranış qaydaları ilə bağlı xatırlatmalar edilib. Daha sonra yuko və vaza-ari xalları arasındakı fərqləndirmələr, "saxta hücumlar" (false attack), eləcə də tatamidən kənara çıxma hallarında nə zaman cərimə xalı (şido) verilməsi mövzuları ətrafında ətraflı müzakirələr aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti