Antalya Böyükşəhər Bələdiyyəsində "rüşvət" əməliyyatı: 20 nəfər barədə həbs qərarı verilib
Region
- 10 sentyabr, 2025
- 11:19
Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı "rüşvət" istintaqı çərçivəsində 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib.
"Report" xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Məlumata görə, əməliyyat Antalya Respublika Baş Prokurorluğu tərəfindən aparılır.
Bildirilib ki, həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekin "rüşvət" istintaqı çərçivəsində daha 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyatlarda bəzi şübhəli şəxslər artıq saxlanılıb.
Əməliyyat çərçivəsində Antalya mərkəzli yayım edən "Kanal V" televiziyasına da qəyyum təyin edilib.
Son xəbərlər
11:40
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Hadisə11:35
Azərbaycanda bu ilin 11 ayında 32 mindən çox şəxsə pensiya təyin edilib
Sosial müdafiə11:32
Federasiya rəhbəri: Azərbaycan xilasedicilərinin hazırlıq səviyyəsi sürətlə artır
Xarici siyasət11:31
Azərbaycanda "Samsung Internet"in bazar payı 40 % azalıb
İKT11:31
Gülşən Rzayeva: Gələn il WUF13-ə görə Azərbaycana 25 mindən çox iştirakçının gələcəyi gözlənilir
Xarici siyasət11:31
Almaniya klubunun 16 yaşlı futbolçusu Cud Bellinqemin rekordunu qırıb
Futbol11:26
Bakıda 10 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
İnfrastruktur11:24
Azərbaycan Boks Federasiyasının rəsmisi: "Komandamız dünya çempionatına tam hazırdır"
Fərdi11:21