Professor: Türkiyədə türkəsilli xarici vətəndaşlarla bağlı yeni qərar iş icazələrini asanlaşdırmaq məqsədi daşıyır

Region
  • 17 oktyabr, 2025
  • 18:12
Professor: Türkiyədə türkəsilli xarici vətəndaşlarla bağlı yeni qərar iş icazələrini asanlaşdırmaq məqsədi daşıyır

Türkiyədə türkəsilli xarici vətəndaşlarla bağlı yeni qərar iş icazələrini mövcud şərtlərə uyğun olaraq qanuni çərçivəyə gətirərək asanlaşdırmaq məqsədi daşıyır.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor Cavid Abdullazadə bildirib.

Professor deyib ki, bu məsələ tətbiq edildikdən sonra Türkiyədə türkəsilli xarici vətəndaşların ölkədəki hüquqi statusu və imkanlarının genişləndirilmə imkanları ortaya çıxacaq.

İş icazəsinə gəlincə, C.Abdullazadə deyib ki, burada prosedur qaydalarda daha ciddi tətbiqlər təzahür edə bilər:

"Məsələn, bir türksoylu eyni işi öz ölkəsində yerinə yetirə bildiyi halda niyə Türkiyədə çalışmaq istəyir? Bunun səbəbi müəyyənləşə bilər. Yəni bir tərəfdən də hökumət buna aydınlıq gətirmək istəyir".

Professor deyib ki, xüsusilə hakim, vəkil, notarius və bəzi elm sahələrində çalışan türksoylular üçün işə götürülmə prosedurunda bir qədər çətinliklər gözlənilsə də, digər sahələrdə heç bir problem olmayacaq.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan "Türkəsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə yerinə yetirə bilmələri, dövlət və ya özəl qurum, təşkilat və ya iş yerlərində çalışa bilmələri" haqqında Qanunun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsinə dair Qərar imzalayıb.

Qərar "Resmi Gazete"də yayımlanıb.

Yeni qərara əsasən, türkəsilli əcnəbilərin işləmə və ya işlədilməsinə icazə verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi, bu peşəni icra etməsində təhlükəsizlik baxımından hər hansı bir maneənin olmaması, xarici ölkələrdən alınmış sertifikatların ekvivalentliyinin müvafiq qurumlar tərəfindən təsdiqlənməsi, Prezident qərarı ilə müəyyən edilmiş türksoylu icmadan olmaq lazımdır.

Son xəbərlər

Bütün Xəbər Lenti