Slovakiya Ukraynaya 800 min avroluq yeni yardım paketi verəcək

Digər ölkələr
  • 17 oktyabr, 2025
  • 20:06
Slovakiya Ukraynaya 800 min avroluq yeni yardım paketi verəcək

Slovakiya Ukraynanı 500 min avro dəyərində enerji avadanlığı ilə təmin edəcək və cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə sığınacaqların tikintisi üçün əlavə 300 min avro ayıracaq.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hökumətlərarası məsləhətləşmələrin üçüncü raundu çərçivəsində slovakiyalı həmkarı Yuray Blanar ilə görüşündən sonra "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, digər mühüm mövzu hərbi əməkdaşlıq, o cümlədən Ukraynanı gücləndirmək üçün SAFE mexanizmindən istifadə, həmçinin PURL təşəbbüsünün gələcək inkişafı olub.

Bundan əlavə, Ukrayna Slovakiyada diplomatik mövcudluğunu genişləndirməyi planlaşdırır. Bu çərçivədə ilin sonuna qədər Preşovda Ukraynanın Baş Konsulluğu açılacaq və ölkənin şərqində kompakt yaşayan Ukrayna icması üçün konsulluq xidmətləri yaxşılaşdırılacaq.

"Biz Slovakiya ilə praqmatik, qarşılıqlı faydalı və mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıyıq", - Sibiqa vurğulayıb.

Xatırladaq ki, oktyabrın 17-də Koşitsedə Ukrayna-Slovakiya birgə hökumətlərarası məsləhətləşmələr keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti