Aİ Gürcüstanla vizasız rejimin dayandırılması üçün yeni mexanizmi təsdiqləyəcək
- 27 oktyabr, 2025
- 16:57
Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılması üçün yeni mexanizm hazırlayır. Bu mexanizim noyabrda təsdiqlənəcək.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bəyan edib.
"Bundan sonra biz (Gürcüstanla vizasız rejimə dair) müxtəlif seçimləri və imkanları nəzərdən keçirəcəyik. "Gürcü Arzusu" sadəcə bizi dinləməli və Avropada etdiklərimizə diqqətlə baxmalıdır. Bir daha təkrar etməliyəm: Gürcüstan namizəd ölkədir. Ölkənin bu statusu alması ona məsuliyyət və öhdəliklər qoyur. Əgər ölkə bunları yerinə yetirmirsə, biz Gürcüstanın Avropa yolu ilə getdiyindən danışa bilmərik", - o bildirib.
M.Kos həmçinin qeyd edib ki, Aİ ilə Gürcüstan arasında münasibətlərdəki böhranı nəzərə alaraq, ölkə hətta 2030-cu ildə də birliyin üzvü ola bilməyəcək.