Kot-d'İvuarın hazırkı prezidenti dördüncü müddətə yenidən seçilib

Digər ölkələr
  • 27 oktyabr, 2025
  • 23:27
Kot-d'İvuarın hazırkı prezidenti dördüncü müddətə yenidən seçilib

Kot-d'İvuarın hazırkı prezidenti Alassane Uattara 25 oktyabrda keçirilən prezident seçkilərində qalib gələrək dördüncü müddətə yenidən seçilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə seçki komissiyası məlumat paylaşaraq bildirib ki, seçkilərin ikinci turunun keçirilməsi tələb olunmayacaq.

Uattara səslərin 89,77%-ni toplayıb, qalan səslər isə digər dörd namizəd arasında bölüşdürülüb. Nəticələr ilkindir və hələ də Konstitusiya Şurası tərəfindən təsdiqlənməsini gözləyir.

İqtisadiyyat üzrə ali təhsili olan 83 yaşlı Uattara 14 ildən çoxdur ki, dövlət başçısıdır. O, ilk dəfə 2010-cu ilin noyabr ayında genişmiqyaslı daxili silahlı münaqişə ilə yadda qalan prezident seçkilərində qalib gəlib. 2016-cı ildə referendumla qəbul edilən yeni Konstitusiya Uattaranın hazırkı seçkilərdə iştirak etməsinə icazə verib. Çünki Konstitusiya Şurası onun əvvəlki Konstitusiyaya əsasən, iki prezidentlik müddətinin hesablanmadığı barədə qərar verib.

Ölkədə prezidentlik müddəti beş ildir. Hazırkı Konstitusiya iki müddətlik məhdudiyyət nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti