Ombudsman Ermənistanın atəşkəsi pozması ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq
Qarabağ
- 26 may, 2021
- 18:07

“Mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geharkunik bölgəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar”.
“Report”un xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq. Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq” - açıqlamada vurğulanıb.
Son xəbərlər
14:25
Saray qəsəbəsində 51 yaşlı qadın öldürülüb, qaynı şübhəli bilinir
Hadisə14:24
Dendrologiya Bağı auditor seçir
Maliyyə14:23
Azərbaycan Özbəkistana elektrod ixracına başlayıb
Sənaye14:18
Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH
Analitika14:18
Azərbaycanda kompüterlərdə "ChatGPT"nin payı ardıcıl olaraq 4-cü aydır azalır
İKT14:16
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
Hadisə14:09
Tahir Baxşıyev: "NTD yenə iddialı klublardan biri olacaq"
Komanda14:02
Foto
Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib
Hərbi14:02