Oliver Kempken: Qarabağın bərpa tempi regionun böyük perspektivlərindən xəbər verir

Qarabağ
  • 22 oktyabr, 2025
  • 11:44
Oliver Kempken: Qarabağın bərpa tempi regionun böyük perspektivlərindən xəbər verir

Qarabağın bərpa tempi regionun böyük perspektivlərindən xəbər verir, o, tezliklə çiçəklənəcək.

"Report" xəbər verir ki, bunu Almaniyadan olan səyyah Oliver Kempken deyib.

Səyyahın sözlərinə görə, bu, onun Azərbaycana ilk səfəri deyil və ölkənin inkişaf tempi onu heyrətləndirir.

"Mən 2017-ci ildə Azərbaycanda olmuşam və deməliyəm ki, ölkə məni heyrətləndirməyə davam edir, xüsusən də bu gün gördüklərimlə", - O.Kempken qeyd edib.

O vurğulayıb ki, Azərbaycanda MDB-nin digər ölkələrindən fərqli xüsusi atmosfer hiss olunur: "Burada tamamilə fərqli enerji var - müasir, Avropa enerjisi. İnsanlar çox savadlı, səmimi və mehribandır".

Qonaq Qarabağın gələcək inkişafına və populyarlaşmasına ümidvar olduğunu deyib.

"Əminəm ki, tezliklə bu bölgə xüsusilə keçdiyi bütün sınaqlardan sonra çiçəklənəcək. Azərbaycan xalqını və ölkə rəhbərliyini təbrik edirəm - fantastik iş görülüb. Buraya yenidən qayıtmaq fürsətini səbirsizliklə gözləyirəm", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti