Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında qərarı təsdiqləyəcək - EKSKLÜZİV

Qarabağ
  • 21 may, 2021
  • 11:00
Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında qərarı təsdiqləyəcək - EKSKLÜZİV

Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyəcək.

“Report”un əldə etdiyi məlumata görə, sənəd əvvəlcə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Daha sonra isə qanun layihəsinə mayın 25-də Milli Məclisin plenar iclasında baxılacaq.

Sənəd üç oxunuşda müzakirə olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti