“Amnesty International”ın məsləhətçisi ermənilərin vəhşiliklərindən və vandalizmindən danışıb
- 04 dekabr, 2020
- 12:45

“Amnesty International”ın böhran vəziyyətləri üzrə baş məsləhətçisi Donatella Rovera ermənilərin törətdiyi vəhşiliklərdən və vandalizm aktlarından danışıb.
“Report” xəbər verir ki, D.Rovera tvitter səhifəsində Azərbaycan torpaqlarında erməni vandalizminin və xalqa qarşı təcavüzün daha bir sübutu olan fotoları paylaşıb.
Belə ki, o, paylaşımlarının birində azad edilmiş torpaqlarda yerləşən və erməni vandallarının Azərbaycan xalqı ilə bağlı hər şeyi yer üzündən silməyə çalışdığı qəbiristanlıqlardan birinin fotolarını yayımlayıb.
Smashed graves in a cemetery in #Kalbajar region of #NagornoKarabakh, of Azerbaijanis who were buried here before the 1993 Armenian occupation. Some graves were freshly smashed, seemingly by Armenians who left the area last week after 27 years of occupation #Azerbaijan #Armenia pic.twitter.com/9gNq9Lpafd
— Donatella Rovera (@DRovera) December 2, 2020
“Kəlbəcər rayonundakı qəbiristanlıqda 1993-cü ildəki işğala qədər olan dövrdə burada dəfn edilmiş azərbaycanlıların məzar daşları dağıdılıb. Qəbirlərin bir qismi bu yaxınlarda, görünür, 27 illik işğaldan sonra keçən həftə ərazini tərk edən ermənilər tərəfdən dağıdılıb”, - o yazıb.
Digər postunda D.Rovera erməni təcavüzünün qurbanı olan gəncəli balaca Nigardan bəhs edib.
“She was my only child, she was all I had”, Nigar’s mum told me. Nigar was killed on the eve of her 15th birthday with 13 relatives & neighbours, including several #Children, in a massive ballistic missile strike launched by #Armenia’s forces on #Ganja, #Azerbaijan, on 17 Oct. pic.twitter.com/VP8eLgzqpr
— Donatella Rovera (@DRovera) December 3, 2020
“O mənim yeganə övladım, hər şeyim idi”, - vəfat edən qızın anası ona deyib.
Qarabağda erməni vandalizminin aktları ilə, sözün əsl mənasında, hər addımbaşı qarşılaşırsan.
“Qarabağın Kəlbəcər rayonundakı lüt qalmış evlər. 27 illik işğal ərzində hər şey talan edilib - 1993-cü ildə qaçan azərbaycanlıların evlərində nə qapı, nə pəncərə, nə də dam örtüyü qalıb”, - D.Rovera yazır.
Houses stripped bare in #Kalbajar region of #NagornoKarabakh. During 27 years of occupation all was looted - not a door, nor a window, not a single roof tile was left in the houses of the Azerbaijanis who had to flee in 1993. #Azerbaijan #Armenia pic.twitter.com/RtyPThcBfF
— Donatella Rovera (@DRovera) December 2, 2020
Ermənilərin Gəncəni bombalamasının nəticəsində yaranmış dağıntıların miqyası “Amnesty International”ın məsləhətçisini məəttəl qoyub. Postlarının birində o yazır: “Anar, Nurçin və 8 qonşu oktyabrın 11-də Ermənistan silahlı birləşmələri tərəfindən endirilmiş növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürülüb. “Anar və Nurçinin iki övladı yetim qaldı”, - kədərli halda Anarın atası mənə bildirdi”.
“She was my only child, she was all I had”, Nigar’s mum told me. Nigar was killed on the eve of her 15th birthday with 13 relatives & neighbours, including several #Children, in a massive ballistic missile strike launched by #Armenia’s forces on #Ganja, #Azerbaijan, on 17 Oct. pic.twitter.com/VP8eLgzqpr
— Donatella Rovera (@DRovera) December 3, 2020