Almaniyalı səyyah Qarabağda bərpa işlərinin miqyasından heyrətləndiyini bildirib

Qarabağ
  • 22 oktyabr, 2025
  • 11:41
Almaniyalı səyyah Qarabağda bərpa işlərinin miqyasından heyrətləndiyini bildirib

Qarabağda aparılan bərpa işlərinin miqyası heyranlıq doğurur.

"Report" xəbər verir ki, bu barədə almaniyalı səyyah Karl Kuffner Ağdamda jurnalistlərə açıqlamasında bildirib.

"Son iki gündə, Azərbaycana gəldiyim andan etibarən gördüklərimdən çox təsirlənmişəm. İlk növbədə paytaxt Bakıda olan gözəl mühiti nəzərdə tuturam. Qarabağa səfər də çox maraqlıdır, xüsusilə regionun və bütün ölkənin inkişaf sürəti heyranlıq doğurur", - K.Kuffner bildirib.

Səyyah xüsusilə vurğulayıb ki, Qarabağın, o cümlədən Ağdamın bərpası prosesində Azərbaycan tarixi irsin qorunmasına diqqət yetirir.

Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti