Sahibə Qafarova əmanətlərin sığortalanması ilə bağlı müzakirənin keçirilməsini təklif edib
Milli Məclis
- 11 dekabr, 2020
- 07:41
Milli Məclisin sədri Sahibə Qafarova əmanətlərin sığortalanması ilə bağlı müzakirənin keçirilməsini təklif edib.
“Report” xəbər verir ki, o, bu təkliflə parlamentin bu gün keçirilən iclasında “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanun layihələrini birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
Spiker deyib ki, cəmiyyətdə bu məsələ ilə bağlı çoxlu suallar var.
“Təklif edirəm, bu məsələ ilə bağlı müzakirə keçirilsin. Burada jurnalistlər də iştirak edir. Bu məsələ ilə bağlı məlumatlar verilsin. Çünki cəmiyyətimizdə çoxlu suallar var. Hesab edirəm ki, təkcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yox, digər komitələr də bu məsələ ilə bağlı müzakirələr keçirə bilər”, - S.Qafarova əlavə edib.
Son xəbərlər
09:10
Foto
Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub - YENİLƏNİB
Xarici siyasət09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq
Futbol09:06
Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb
Digər ölkələr09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.12.2025)
Maliyyə09:03
"Bir Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə08:58
Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var
Hadisə08:38