Əmanətlərin tam sığortalanması müddətinin artırılması I oxunuşdan keçdi
Milli Məclis
- 11 dekabr, 2020
- 07:26
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Son xəbərlər
09:10
Foto
Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub - YENİLƏNİB
Xarici siyasət09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq
Futbol09:06
Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb
Digər ölkələr09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.12.2025)
Maliyyə09:03
"Bir Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə08:58
Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var
Hadisə08:38