Azər Əmiraslanov: Azərbaycan siyasi müstəqilliklə iqtisadi müstəqilliyi uğurla uzlaşdırır

Milli Məclis
  • 19 sentyabr, 2025
  • 12:16
Azər Əmiraslanov: Azərbaycan siyasi müstəqilliklə iqtisadi müstəqilliyi uğurla uzlaşdırır
Azər Əmiraslanov

Azərbaycan siyasi müstəqilliklə iqtisadi müstəqilliyi uğurla uzlaşdırır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət suverenliyinə qədər keçdiyi uzun bir yol var, bu yolun təhlil edilməsi mütləqdir:

"Bu, olduqca vacib nüansdır. Uzun illərdir həyata keçirilən dövlət siyasətindən belə nəticə çıxır ki, Azərbaycan siyasi müstəqilliklə iqtisadi müstəqilliyi uğurla uzlaşdırır. Aydın məsələdir ki, iqtisadi cəhətdən asılı olan dövlət müstəqil siyasət həyata keçirə bilməz".

Deputat Azərbaycanın iqtisadi müstəqilliyi istiqamətində atılan addımlara toxunaraq Ulu Öndər Heydər Əliyevin bu mənada yürütdüyü siyasətə diqqət çəkib.

Son xəbərlər

Bütün Xəbər Lenti