"Özbəkistan 24" kanalı "Baku TV" haqqında xüsusi süjet hazırlayıb
- 03 sentyabr, 2025
- 19:02

Ötən günlərdə Özbəkistanın bir qrup televiziya sahəsində məşğul olan nümayəndələri "Baku TV"-nin qonağı olublar.
"Report"un məlumatına görə, qonaqlar arasında Özbəkistan Milli Teleradio Kompaniyası sədrinin müavini Mamadamin Safarovun rəhbərlik etdiyi nümayəndə heyəti - "Özbəkistan 24" telekanalının baş rejissoru Davron Pulatov, ali kateqoriyalı televiziya operatoru Eldor Rustamov, beynəlxalq xəbərlər şöbəsinin redaktoru Madinabonu Xamrayeva, "Özbəkistan MTRK" Teleradio Mərkəzinin baş mütəxəssisi Jasur Maxmudov və Daşkənd Media Mərkəzinin 1-ci kateqoriyalı mütəxəssisi Uluğjon Safarov olub.
Bu barədə "Özbəkistan 24" kanalında xəbər süjeti yayımlanıb.
Süjetdə bildirilib ki, heyət "Global Media Group"a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olub və kanalın beynəlxalq uğurlar qazanmış film və sənədli layihələri haqqında ətraflı məlumat verilib.
Süjetdə həmçinin görüş zamanı Baku TV-nin direktoru Ramin Cəfərovun qonaqlara kanalın fəaliyyəti, müasir yayım texnologiyaları və beynəlxalq media şəbəkəsi haqqında ətraflı məlumat verdiyi vurğulanıb.
Daha ətraflı Baku TV-nin süjetində:

