Nazir: Özbəkistan öz mədəni irsinin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirir

Mədəniyyət
  • 13 noyabr, 2025
  • 14:34
Nazir: Özbəkistan öz mədəni irsinin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirir

Özbəkistan öz mədəni irsinin qorunması istiqamətində böyük işlər görür.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin plenar iclasında bildirib.

"UNESCO-nun məlumatına görə, dünya mədəni irsinin 65 %-i kifayət qədər qorunmur və ya rəqəmsallaşdırılmayıb və bu, hər bir dövlətin üzərinə böyük məsuliyyət qoyur. Son illərdə Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır", - nazir qeyd edib.

O vurğulayıb ki, bu səylər təkcə tarixi-mədəni dəyərlərin qorunmasına deyil, həm də onların müasir təhsil və maarifləndirmə metodları vasitəsilə gələcək nəsillərə çatdırılmasına yönəlib.

Mədəniyyət naziri, həmçinin qeyd edib ki, elm və mənəvi irsin birləşməsi ilə insan təfəkkürünün formalaşması və cəmiyyətin inkişafı prosesində tərəqqi baş verir.

"Gənc nəsildən yeni Əl-Biruni, Əl-Xorəzmi və Əl-Fərqani, alimlər və mütəfəkkirlər yetişdirməyin yeganə yolu budur", - O.Nazarbekov bildirib.

O, qardaş xalqları və regional icmaları mənəvi irsin qorunması və rəqəmsallaşdırılması prosesində birgə iştirak etməyə, dünya ictimaiyyəti arasında müxtəlif mədəniyyətlərə, dinlərə və milli dəyərlərə dərin hörmət formalaşdırmağa, həmçinin xalqları "başqaları kimi deyil, bərabərhüquqlu" olaraq qəbul etmək fikrini geniş təbliğ etməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti