İrəvanda müxalif nəşrin əməkdaşı saxlanılıb
Region
- 13 noyabr, 2025
- 16:28
Ermənistanın hüquq-mühafizə orqanları müxalif "Antifake" nəşrinin jurnalisti David Fidanyanı saxlayıblar.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə bildirib.
O, ədalət mühakiməsinə maneə törətməkdə ittiham olunur. Güc strukturları nəşrin ofisində axtarış aparıb və texniki avadanlıqları müsadirə ediblər.
Bundan əvvəl "İmnemnimi" podkastının müəllifləri Vazgen Saqatelyan və Narek Samsonyan saxlanılmışdı. Sonuncu "Antifake" nəşrinin təsisçilərindən biridir. V.Saqatelyan və N.Samsonyan parlament spikeri Alen Simonyanın müraciəti əsasında xuliqanlıqda ittiham olunaraq saxlanılıblar.
Son xəbərlər
05:19
Aİ Rusiyadan nüvə yanacağına qoyulan qadağanı yenidən nəzərdən keçirməyəcək
Digər ölkələr04:48
Meksika körfəzində sızmadan sonra 400 tondan çox neft toplanıb
Digər ölkələr04:26
SEPAH İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib
Region03:33
İlk dəfə ABŞ dollarının üzərində vəzifədəki prezidentin imzası olacaq
Digər ölkələr03:06
Sözçü: İsrail İrandakı yüksək vəzifəli məmurları aradan götürməyə davam edəcək
Digər ölkələr02:39
DÇ-2026: Avropa zonası üzrə pley-off mərhələsinin səkkiz oyunu keçirilib
Futbol02:14
Hikmət Hacıyev: Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq uğurla inkişaf edir
Xarici siyasət02:03
"Vikipediya" məqalələrin süni intellekt vasitəsilə yaradılmasını qadağan edib
İKT01:37