ICESCO rəsmisi: Üzeyir Hacıbəyli Festivalı musiqinin nəfəs aldığı qlobal platformadır

Mədəniyyət siyasəti
  • 26 sentyabr, 2025
  • 10:23
ICESCO rəsmisi: Üzeyir Hacıbəyli Festivalı musiqinin nəfəs aldığı qlobal platformadır
Əbdülhakim Əl Sənan

Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir yox, musiqi və incəsənətin nəfəs aldığı qlobal platformadır.

"Report"un məlumatına görə, bunu ICESCO-nun Bakı Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənan XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda deyib.

O bildirib ki, bu festival Azərbaycanın sivilizasiya missiyasını dünyaya çatdıran məkandır:

"Bu festival dərin məna daşıyır: o, böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Festival, eyni zamanda, dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır".

Qeyd edək ki, Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.

Festival çərçivəsində təşkil olunan forum ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə gerçəkləşdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti