“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb
Mədəniyyət siyasəti
- 02 may, 2021
- 20:26
Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.
“Report”un məlumatına görə, “Göyçə - itirilmiş Vətən” adlanan film “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söhbət açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.
Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.
Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.
“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb
Son xəbərlər
16:18
Ksavye Bettel: Bakı və İrəvan arasında sülhün bərqərar olması üçün işin davam etdirilməsi zəruridir
Region16:18
Ukrayna və Azərbaycan diplomatları münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər
Xarici siyasət16:17
Özbəkistan XİN: Bakı və İrəvanın sülhə doğru atdıqları addımlar alqışlanmalı və dəstəklənməlidir
Digər ölkələr16:14
Foto
Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb
Biznes16:08
Abbas Əraqçi Azərbaycana səfər edəcək
Xarici siyasət16:07
Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
Fərdi16:04
Foto
Azərbaycanın basketbol milliləri Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
Komanda15:54
Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini 5%-ə endirir
Biznes15:52
Rəy