Aytac Əlisultanlı: Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi planı yoxdur

Mədəniyyət siyasəti
  • 23 dekabr, 2025
  • 12:33
Aytac Əlisultanlı: Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi planı yoxdur

Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı hansısa plan yoxdur.

Bunu "Report"un sualına cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Həsən bəy Zərdabinin heykəli turistlərin və qonaqların diqqətini cəlb edir:

"Turistlərin hər zaman qarşısında dayandığı məkanlardan, yerlərdən biridir. Yəqin bu məsələyə daha sonra Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi ilə birgə baxa bilərik".

Xatırladaq ki, Xalq yazıçısı Anar Milli Məclisdə keçirilən konfransda Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsini təkliflə çıxış etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti