Ömer Bolat: Hədəfimiz Azərbaycanla ticarət münasibətlərimizi tam liberallaşdırmaqdır
- 23 dekabr, 2025
- 19:44
Türkiyənin əsas hədəflərindən biri də Azərbaycanla Azad Ticarət Sazişi əsasında ticarət münasibətlərini tam liberallaşdırmaqdır.
Bunu Türkiyənin ticarət naziri Ömer Bolat "Report"un Türkiyə bürosuna verdiyi müsahibədə bildirib.
O, deyib ki, bu istiqamətdə texniki heyətlər fəaliyyətlərini davam etdirir.
Ömer Bolat 2024-cü ildə əhatə dairəsi genişləndirilərək qüvvəyə minən Türkiyə-Azərbaycan Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinə ciddi impuls verdiyini qeyd edib:
"Prezidentlərimiz tərəfindən müəyyən edildiyi kimi, Türkiyə ilə Azərbaycan arasında hədəf ticarət həcmi 15 milyard ABŞ dollarıdır. Bu baxımdan bütün ikitərəfli iqtisadi fəaliyyətlərimizi məhz bu strateji hədəfə uyğun şəkildə planlaşdırırıq", - nazir qeyd edib ki, 2024-cü ilin yekunlarına görə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi rekord həddə - təxminən 8 milyard dollara çatıb. Bunun 3,1 milyard dolları Türkiyənin ixracı, 4,8 milyard dolları isə idxalı təşkil edir. Əsas məqsədimiz qarşılıqlı faydalılıq prinsipi əsasında ticarətimizi daha balanslı və şaxələndirilmiş şəkildə artırmaqdır".
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.