Böyük Britaniya canlı xərçənglərin qaynadılmasını qadağan edəcək

Maraqlı
  • 23 dekabr, 2025
  • 06:26
Böyük Britaniya canlı xərçənglərin qaynadılmasını qadağan edəcək

Böyük Britaniyada canlı xərçənglərin qaynar suda bişirilməsi qadağan ediləcək.

"Report" "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Ətraf Mühitin Mühafizəsi, Ərzaq və Kənd Təsərrüfatının İnkişafı Nazirliyinin dərc etdiyi strategiyada deyilir.

Sənəddə qeyd olunur ki, on ayaqlıları (və ya dekapodları) və oxşar xərçəngkimiləri diri bişirmək öldürməyin məqbul üsulu deyil. Dekapodlar, omarlar (iri dəniz xərçəngləri, lanqustlar (böyük, qısqacsız xərçəng növüdür), xərçənglər də daxil olmaqla növlərin təxminən üçdə birini əhatə edən daha yüksək xərçəngkimilər sinfinin bir dəstəsidir

Müvafiq qaydalarda əks olunması gözlənilən leyborist hökumətinin hazırkı niyyəti Mühafizəkarlar Partiyasının rəhbərlik etdiyi hökumət tərəfindən 2022-ci ildə qəbul edilmiş qanunvericiliyə əsaslanır. Qanunda lobsterlər, osminoqlar və xərçəngkimilər də daxil olmaqla onurğasızların digər heyvanlar kimi ağrı hiss edən şüurlu canlılar olduğu qərara alınıb.

Qanun qüvvəyə mindikdə, Böyük Britaniya bu təcrübəni qadağan edən İsveçrə, Norveç və Yeni Zelandiya da daxil olmaqla az sayda ölkəyə qoşulacaq. Bundan sonra, canlı lobster hazırlanarkən əvvəlcə dondurulmalı və ya elektrik şoku üçün bir cihaz istifadə edilməlidir.

Restoran sahibləri artıq qarşıdan gələn dəyişikliklərə qarşı çıxıblar. Onlar qeyd edirlər ki, belə qadağa yalnız artan vergilər, eləcə də elektrik enerjisi, kirayə haqqı və işçi heyəti xərcləri səbəbindən onsuz da çətinlik çəkən iaşə müəssisələrinin xərclərini artıracaq. Nəşr qeyd edir ki, lobster elektroşoku cihazının qiyməti təxminən 35 00 funt sterlinq (4 700 dollar) təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti