Yasin Cəlilov: "ABİF rəqəmsal səhiyyə və biotexnologiyaya sərmayə yatırır"

Maliyyə
  • 23 sentyabr, 2025
  • 14:12
Yasin Cəlilov: ABİF rəqəmsal səhiyyə və biotexnologiyaya sərmayə yatırır
Yasin Cəlilov

Azərbaycanda səhiyyə sektorunda əsas prioritetlərdən biri dərman və tibbi ləvazimatların yerli istehsalının genişləndirilməsi və bu sahədə təchizat təhlükəsizliyinin gücləndirilməsidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) baş direktoru Yasin Cəlilov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, COVID-19 dövründə logistika və dərman təminatında üzə çıxan çətinliklər ölkə daxilində istehsalın vacibliyini göstərdi. "Məhz buna görə dərman, tibbi ləvazimat və generik preparatların Azərbaycanda istehsalına sərmayə yatırmaq mühüm strateji istiqamət kimi müəyyən edilib", - deyə Y. Cəlilov qeyd edib.

O əlavə edib ki, ABİF bu məqsədlə səhiyyə və tibbi turizm sahəsində innovativ layihələri dəstəkləyir: "Fond yalnız xəstəxana və klinikaların maliyyələşməsinə deyil, həm də tədqiqat və inkişaf institutlarının, rəqəmsal səhiyyə və biotexnologiya sahələrinin inkişafına yönəlmiş layihələrə investisiya yatırır".

Son xəbərlər

Bütün Xəbər Lenti