"Unibank" neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Maliyyə
  • 16 sentyabr, 2025
  • 11:27
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

"Unibank" ASC neft sənayesində çalışanlar üçün xüsusi kampaniya elan edib. Sentyabrın 23-nə qədər davam edən kampaniya çərçivəsində bütün neft sektoru işçiləri nağd kreditləri 0% komissiya ilə rəsmiləşdirə biləcəklər.

Kampaniya müddətində neftçilər "Unibank"dan 50 000 manata qədər nağd krediti illik 9,5%-dən başlayan faiz dərəcəsi ilə 60 aya qədər müddətə əldə edəcəklər.

"Unibank" bu təşəbbüslə ölkənin strateji sahəsində çalışan əməkdaşlara dəstəyini bir daha nümayiş etdirir. Komissiyasız kredit imkanı neft sektoru işçilərinin planlarını daha sərfəli şərtlərlə reallaşdırmasına şərait yaradacaq.

Üstəlik, kampaniya digər banklardakı kreditlərinizi "Unibank"a gətirmək imkanı da yaradır. Bununla ödənişlərinizi hər ay yalnız bir dəfə, daha rahat və sərfəli şəkildə edə biləcəksiniz.

Kampaniyanın üstünlükləri:

·         0 % komissiya;

·         illik 9,5 %-dən başlayan faizlə kredit;

·         50 000 manata qədər məbləğ;

·         zamin tələbi yoxdur;

·         60 aya qədər ödəniş müddəti;

·         sürətli və rahat rəsmiləşdirmə;

·         müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

·         055 457 81 17 WhatsApp nömrəsinə yazaraq;

·         "Kredit" sözünü SMS ilə 8117-yə göndərərək;

·         Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

"Unibank"- Sənin Bankın!

Son xəbərlər

Bütün Xəbər Lenti