Azərbaycan Türkiyəyə bu il ixrac etdiyi neftin həcmini açıqlayıb
- 16 sentyabr, 2025
- 13:12

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 65 min 361,01 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 30 milyon 279,23 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 4,8 dəfə, dəyəri isə 5,7 dəfə azdır.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,41 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 396 milyon 005,89 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.